“BALIQ YAĞI VƏ FOSFOLİPİDLƏR”
TƏRKİBİ:
Balıq yağı (278 mq) insan orqanizmi üçün vacib olan omeqa-3 yağ turşularını (EPA, DHA) və digər faydalı maddələri: A, E və D vitamini, bir çox mikroelemetləri (J, Ca, Mg, P, Zn, Se) özündə birləşdirir.
Təbii xammaldan ballast maddələri minimuma endirmək üçün molekulyar distillasiya üsulu ilə əldə olunan, GMP və İSO standartlarına uyğun hazırlanan və unikal kompleksə malik premium qida əlavəsidir.
MƏHSULUN ƏSAS XÜSUSİYYƏTLƏRİ:
• Omega-3 yağ turşuları insan orqanizmi üçün əvəzolunmazdır və bütün hüceyrələrin, hüceyrə membranlarının tamlığını və keçiriciliyini təmin edir. Bununla yanaşı, omega-3 yağ turşuları antioksidant funksiyasını da icra edərək, sərbəst radikalların mənfi təsirini azaldır, oksidləmə zədələnmələrinin qarşısını alır. Bu funksiyalar bütün orqan və sistemlər üçün vacib olsa da, omega-3 yağ turşuları baş beyin üçün xüsusi əhəmiyyət kəsb edir:
Baş beyin təxminən 60% yağ turşularından ibarətdir və bu yağlar hüceyrə membranlarının qurulmasında həm də sinir hüceyrələri arasında impulsların ötürülməsində iştirak edir.
Baş beyin nəfəs aldığımız oksigenin 50%-ə qədərini sərf edir və lipidlərin peroksid oksidləşməsinin ən yüksək risk ehtimalını daşıyır. Bu səbəbdən baş beyin poli doymamış yağ turşularına ən çox ehtiyac duyan orqandır.
Omega-3 intellektual və koqnitiv qabiliyyətlərə, diqqətin cəmlənməsinə və məlumatı yadda saxlama bacarığına təsir edir, çatışmazlığı insult və ürək-damar xəstəlikləri riskini artırır.
• Balıq yağının tərkibindəki digər yağ turşuları əsasən ürək-damar sisteminin, beyinin, gözün, dərinin və immunitetin işini, xolisterin səviyyəsini, hüceyrə balansını normallaşdırır, sümükləri möhkəmləndirir. Eləcə də digər vacib yağ turşularının sintezində iştirak edir.
• Vitamin E – antioksidant təsiri göstərir, sərbəst radikalların zərərli təsirini azaldır.
• A və D vitaminləri – görmə, immun sistemi və sümük sağlamlığını dəstəkləyir.
• Mikroelemetlər optimal sinergiyanı tamamlayır, sağlamlığı dəstəkləyir.
MƏHSULUN FAYDALARI:
1. Beyin fəaliyyətini, yaddaş və diqqəti gücləndirir, sinir ötürücülüyünü yaxşılaşdırır;
2. Ürək-damar sisteminin sağlamlığını dəstəkləyir, ürək ritmini stabilləşdirir, damarların elastikliyini yaxşılaşdırır;
3. Laxtalanmanı və qan qatılığını yaxşılaşdırır;
4. Triqliseridlərin (doymuş yağların) səviyyəsini aşağı salır, ateroskleroz (damar kirəcləşməsi) riskini azaldır;
5. Stress hormonlarının (kortizol) səviyyəsini normallaşdırır, depressiyanın və yorğunluğun öhdəsindən gəlməyə kömək edir;
6. Dərinin bərpası və yenilənməsi proseslərini sürətləndirir;
7. Görməni yaxşılaşdırır, gözün torlu qişasının funksiyasını dəstəkləyir;
8. İmmuniteti gücləndirir, iltihabi prosesləri azaldır, limfa və hüceyrədaxili təmizlənməni sürətləndirir;
9. Qabarıq antioksidant xüsusiyyətləri var;
10. Oynaqlarda sərtliyi və ağrını azaldır (kalsiumla yanaşı);
11. Vəzilərdə hormon metabolizmini tənzimləyir, estrogen–prostaqlandin balansını qoruyur, testosteron sintezini stimullaşdırır;
12. İnsulin həssaslığını artırır.
Dərman deyil! Həkim məsləhəti olmadan istər müalicə, istərsə də profilaktik məqsədlə qəbul edilir.
İSTİFADƏ QAYDASI:
2-3 kapsul gündə 2 dəfə.
BURAXILIŞ FORMASI:
Flakonda 0,3 qramlıq 180 kapsul
SAXLANMA ŞƏRAİTİ:
Adi temperaturda, quru, qaranlıq şkafda.