Qastrit – mədənin selikli qişasının iltihabıdır. Qastrit kəskin və xroniki olur. Kəskin qastrit, turşu və qələvilərlə zəhərlənmə nəticəsində, radiasiya zədələnməsindən sonra, yüksək miqdarda bəzi preparatlar qəbul etdikdən sonra əmələ gəlir. Bu halda qarnın yuxarı hissəsində yandırıcı ağrı, ürək bulanması, qusma, baş gicəllənməsi və zəyiflik olur.
Kəskin qastrit, təcili halda həkimə müraciət etməyi tələb edir, ağır hallarda isə xəstəxanaya yatırılmaq zəruridir. Müalicədən sonra kəskin qastrit xroniki formaya keçə bilər, lakin əksər hallarda xroniki qastrit sərbəst xəstəlik olur.
Qastritin səbəblərinə aiddir:
˗ Qidalanma rejiminin təkrar və uzunmüddətli pozulması;
˗ Acılı və sərt yeməklərin qəbulu;
˗ Qaynar yeməklərə meyllik;
˗ Pis çeynəmə, quru yeməklər;
˗ Tərkibində spirtin miqdarı çox olan içkilərin qəbulu;
˗ Mədənin selikli qişasını qıcıqlandıran dərman preparatlarının uzunmüddətli kontrolsuz qəbulu;
˗ Peşəkar zərərlər (qurğuşun birləşmələri, kömür tozu, metal tozu və s.);
˗ Böyrək xəstəlikləri, podaqra zamanı endogen intoksikasiyalar (bu zaman mədənin selikli qişasında sidik cövhəri, sidik turşusu, indol, skatol ifraz olunur);
˗ İrsi meyllik.
Qastrit və mədə xorasının təbii məhsullarla müalicəsi.
Ətraflı məlumat üçün linkə kliklə