“TİENS” korporasiyası 1993-cü ildə “Şərqi Asiya”da yaranmışdır. Baş ofis Tianjin şəhərində yerləşir. “TİENS” tərcümədə “Səma şiri” mənasını verir. Şir korporasiyanın qüdrətinin və əzəmətinin simvoludur. Tiens şirkətinə məxsus Tianshi brendi - qədim Tibet təbabəti əsasında yeni yüksək texnologiyalardan istifadə etməklə sağlamlaşdırıcı xarakterli təbii məhsulların işlənib hazırlanması ilə məşğul olur.
“TİENS” korporasiyası iri Holding müəssisəsidir. Bu gün korporasiyanın müxtəlif fəaliyyət sferasında 10 törəmə müəssisəsi vardır. İstehsal gücləri dünyanın 5 qitəsində yerləşmişdir: Şimali Amerika, Asiya, Avropa, Avstraliya və Afrika.
Azərbaycana isə 2002-ci ildə Respublikanın Ədliyyə və Səhiyyə Nazirliyinin qeydiyyatından keçərək 99 illik müqavilə ilə gəlmişdir. Son hesabat ilində kompaniyanın illik mal dövriyyəsi 30 milyard dollardan çox olmuşdur. Məhsulların istehsalı prosesində Şanxay BİO Mühəndislik İnstitutunda hazırlanmış, Almaniya və ABŞ-dan alınmış yeni avadanlıqlardan və yüksək NANO texnologiyalardan istifadə olunur. Bunun nəticəsi olaraq şirkət bir çox medal və sertifikatlarla təltif olunmuşdur.
• Bu gün TİENS korporasiyasının dünyanın 124-dən çox ölkəsində rəsmi nümayəndəliyi vardır və 190-dan çox ölkədə qeydiyyatdan keçmişdir.
• Hər gün dünyada 30 milyona yaxın insan TİENS məhsullarından faydalanır.
• Korporasiyanın istehsal etdiyi məhsullar 13-cü Dünya Səhiyyə Təşkilatı tərəfindən qızıl medala layiq görülüb.
• Korporasiya fəaliyyətinə görə 20 kubok, 49 medal, 143 sertifikat və 170 fəxri bayrağa layiq görülüb.
• Bütün dünya ölkələrindən Tyanşi Universitetində təhsil alan tələbə sayının 60 min nəfərə çatdırılması nəzərdə tutulur.
• 2016-cı ildə TİENS korporasiyası satış dövriyyəsinin həcminə görə dünyanın 100 ən iri şirkəti arasında 11-ci yeri tutmuşdur.
• TİENS korporasiyası son 20 ildə uğurlu fəaliyyətlərinə gorə distribütorlarını aşağıda qeyd olunan mükafatlarla təltif etmişdir: maşın mükafatı - 2547 nəfər, yaxta mükafatı – 455 nəfər, təyyarə mükafatı – 220 nəfər, lüks villa mükafatı – 180 nəfər, ödənişsiz səyahət – 8700000 nəfər
• Korporasiyanın keçirdiyi ən böyük tədbirdə 1 milyondan artıq insan iştirak etmişdir.
• Bu gün dünyada TİENS distribütorlarının sayı 14 milyondan çoxdur.
Mən, Quluzadə Ceyhun - 2018-ci ildən Tiens şirkətində fəaliyyətə başlamışam. Başlanğıcda Təqdimat və Satış sahəsində praktika keçərək, həm satışı mənimsəyib, həm də öz şəxsi inkişafım üçün bir çox təlimlərdə iştirak etmişəm. Bu illər ərzində bir çox vəzifə və nailiyyətlərə layiq görülmüşəm.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra Şuşaya ilk səfər edən Tianshi əməkdaşlarından biri olmuşam.
2023-cü ildə Şirkətin Çindəki baş ofisinə səyahət paketi qazanaraq, Pekində olan istehsalat bazamızda, baş ofisimizdə olaraq, izləyicilərim üçün bir çox vacib məlumatları paylaşmışam. Böyük tədbirlərdən yeniliklər haqqında birbaşa Pekin-Bakı əlaqəsində olmuşam.
Şirkət tərəfindən düzgün və layiqli fəaliyyətə görə Sağlamlıq sahəsində Şərq Təbabəti üzrə şirkətin Tibet Mütəxəssislərinin Köməkçisi olaraq, Məsləhətçi Menecer adını qazanaraq fəaliyyətimə davam edirəm.
Nailiyyətlər:
2019-cu ildə İlin Satış Meneceri
2020-ci ildə İlin Bakı şəhəri üzrə təlimçisi
2021-ci ildə İlin şirkət üzrə İnspektoru
2022-ci ildə yaxşı fəaliyyətinə görə Moskva səyahəti mükafatçısı
2023-cü ildə Şirkətin Çin-Pekin (Mərkəzi Ofis) səyahəti mükafatçısı
2023-cü ildə şirkətin Azərbaycan üzrə regional Təlimçisi statusu
2024-cü ildə Şirkətin 8 ulduzlu əməkdaşı və Dubay səyahəti mükafatçısı.
Sizlərə Sağlamlığınızı Tam Təbii şəkildə qorumaq və bərpa etmək üçün daim düzgün məlumatlarla kömək edəcəyəm.
Korporasiya həmçinin öz əməkdaşlarının təhsilinin təkmilləşməsinə çox böyük qayğı göstərir. 1998-ci ildə dünyanın aparıcı 10 marketoloq və psixoloqu tərəfindən “UĞUR SİSTEMİ” adı altında çox uğurlu təlim sistemi işlənib hazırlanmışdır. Bu sistem hər bir əməkdaşa qısa vaxt ərzində öz biznesini qurmaq, yüksək gəlir əldə etmək imkanı verir. Bu təlimlər yerli, regional və beynəlxalq səviyyədə həyata keçirilir.
Şirkətimizdə öz potensialınızdan istifadə edərək, təklif edəcəyimiz iş sahələri üzrə işləmək şansınız da mövcuddur.
Həm tibb sahəsi, həm də ofis işləri üzrə çalışmaq üçün ilk öncə seçim turunda iştirak etməlisiniz. Sizə birbaşa seçim turunda köməklik göstəriləcək və çalışmağa başladığınız gündən öyrənməyiniz üçün daim dəstək olunacaqdır.
İş sistemi Beynəlxalq dərəcəli lektorlarımız tərəfindən keçirilən təlimlər vasitəsilə öyrədiləcək.
Həm tibbi sahədə, həm də istehsalat üzrə tanıtım-satış və yeni kadrların hazırlanması üzrə fəaliyyət göstərmək istəyirsinizsə, əlaqə vasitələri ilə bizə müraciət edə bilərsiniz.
SİZƏ “ SƏMA ŞİRİ ”-nin QANADLARI ALTINDA UĞURLU BİZNES QURMAĞI ARZULAYIRIQ.