Ürəyin qanı vurduqdan sonra, qanın damarlarda yüksək təzyiqlə hərəkət etməsi hipertoniya xəstəliyinin baş verməsinə səbəb olur ki, buna yüksək təzyiq də deyilir.
Bəzi insanlar vardır ki, onlar yüksək təzyiqə adi bir xəstəlik kimi baxırlar. Halbuki, uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkən və müalicə olunmayan xəstələr bir müddət sonra təzyiq səbəbindən digər orqanlarda da patoloji dəyişikliklərin əmələ gəldiyinin şahidi olurlar.
Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, bu haqda məsləhətlər istəyir, təzyiqin yüksəlməsindən insult və infartk olacağından qorxur. Lakin bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur. Çünki nədənsə insanlara elə gəlir ki, aşağı təzyiq elə də qorxulu deyil.
Ümumiyyətlə təzyiqin səbəbləri:
-Yorğunluq
-Davamlı stress
-Yuxusuzluq
-Qalxanvari vəzi və hormonal pozulmalar
-B, C, E vitaminləri və dəmirin azalması
-Qan azlığı
-Dayaq-hərəkət aparatı xəstəlikləri
-Qan dövranı pozulması
-Damarların tonusunun pisləşməsi
-İrsi, genetik.
Əlamətləri:
- Baş ağrısı – alın, gicgah hissələrdə kəskin, deşici, küt ağrılar, sancılar
- Əl-ayaqların sanki donması, keyiməsi, iynə batması
- Ümumi zəiflik və halsızlıq
- Dərinin avazıması, rəngin qaçması
- Başgicəllənmə
- Zəif ürəkbulanma.
Biz hər zaman olduğu kimi ilk öncə konsultasiya edərək problemin kökünü aşkarlayıb, sonra həmin problemə uyğun müalicə və ya profilaktika kursu təyin edirik. Ən əsası bu prosedurlar heç bir orqana ziyan vurmadan, tam təbii şəkildə həyata keçirilir.
Mütəxəssislərdən Yüksək Qan Təzyiqi (Hipertoniyanın) təbii qida əlavələri ilə müalicəsi haqqında ətraflı məlumat üçün linkə klikləyin.