Qadınlarda geniş yayılmış bir problem olan qan azlığı ilə bağlı məlumatlar:
Anemiya nədir?
Qanazlığı, başqa sözlə anemiya adlandırılır. Anemiya qırmızı qan hüceyrələrinin sayının, hemoqlobin konsentrasiyasının və ya hematokritin normadan az olmasıdır. Eritrositlər daxilində olan hemoqlobin toxumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır. Bu zaman siz ümumi zəflik, yorğunluq hiss edirsiniz.
Qanın normal göstəriciləri belədir:
◇ Eritrositlər – 4,5-6,3 milyon/mm3
◇ Hemoqlobin – 13-18 g/dl
◇ Hematokrit – 40-54 %
Anemiya müxtəlif səbəblərdən əmələ gəlir və davametmə müddətinə görə fərqli olur.
Anemiyanın əlamətləri nələrdir?
- Qan azlığının əlamətləri - solğunluq, halsızlıq, tez yorğunluq, təngnəfəslik, rəngin avazıması, başgicəllənmə, bəzən baş ağrısı, tərləmə və ağızda quruluq, qulaqda küy, arterial təzyiqin düşməsi, nəbzin zəif olması və tezləşməsi, nəfəs darlığı, anlama və qavramaqda çətinlik, tez-tez infeksiyalara yoluxmaq, hərarət, sümük və oynaq ağrıları, saç tökülməsi və dırnaqların qırılması, ağız kənarında yaranan çatlar, dad bilmə duyğusunun azalması kimi hallar.
Qadınlarda daha çox rast gəlinən qan azlığı zamanı hər zaman olduğu kimi ilk öncə konsultasiya edərək problemin kökünü aşkarlayıb, sonra həmin problemə uuğun müalicə və ya profilaktika kursu təyin edirik. Ən əsası bu prosedurlar heç bir orqana ziyan vurmadan, tam təbii şəkildə həyata keçirilir.